21 Avqust 2023 15:38
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı” çərçivəsində texniki-iqtisadi əsaslandırması hazırlanan, ölkə Prezidentinin 15 aprel 2020-ci il tarixli sərəncamı ilə yaradılan Komissiyanın iclaslarında uyğun layihə həlləri seçilən 4 suvarma kanalı və 1 drenaj kollektoru obyektlərinin işçi layihələrinin təqdimatını keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Xatırladaq ki, söhbət "Türyançay sağ sahil kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanması" (I mərhələ); "Türyançay sol sahil kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanması" (I mərhələ); "ÇTZ kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanması" (I mərhələ); "Mil-Qarabağ kollektorunun yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və Layihə sənədlərinin hazırlanması" və "Köhnə Xanqızı və P-0 kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması”ndan gedir.

Bildirilir ki, meliorasiya sahəsinin mütəxəssislərinin iştirak etdiyi həmin təqdimatda, ölkəmizin kənd təsərrüfatının inkişafına önəmli töhvə verəcək yeni inşa ediləcək və yenidən qurulacaq meliorasiya obyektləri sırasında yer alan bu obyektlərin yenidənqurmadan sonra qazanacaqları üstünlüklər barədə geniş ictimayyətə məlumat verilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda yeni inşa edilən, yenidən qurulan meliorasiya və irriqasiya obyektlərinin ilk növbədə yeni suvarma texnologiyalarının tədbiqi üçün geniş imkanların əldə edilməsi, su itkisinin əhəmiyyətli dərəcədə azaldılması, elektron sistemlərin tədbiqi nəticəsində suvarma suyunun dəqiq uçotunun aparılması və sair aspektlər üzrə müasir standartların tələblərinə cavab vermələri vacib olması qeyd edilib.

Daha sonra, layihə həlləri ilə yaxından tanış olan layihə, tikinti və istismar şöbələrinin mütəxəssisləri, onları maraqlandıran məsələlər üzrə sualları layihə müəlliflərinə ünvanlayıblar. Müzakirələr nəticəsində, mütəxəssislərin əksər rəy və təklifləri layihə müəllifləri tərəfindən nəzərə alınıb və layihələndirmə işlərinin yekun mərhələsinə keçidi məqsədəuyğun hesab edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər