28 Avqust 2023 00:34
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb. Ən çox yağış Qax, Şəki, Qəbələ rayonlarında qeydə alınıb. Eyni zamanda, Tərtərdə, bəzi Mərkəzi Aran rayonlarında, Quba-Xaçmaz və Lənkəran-Astara bölgələrinin ərazisində də yağış müşahidə olunub. Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində, Qanıx çayında da artım qeydə alınıb. Ən çox artım Göyçay və Türyançayda müşahidə olunub. Qarasuçayda suyun səviyyəsi 72 santimetr artıb. Quba rayonunun ərazisindən axan Vəlvələçayda suyun səviyyəsində 16 santimetr artım müşahidə olunub. İntensiv leysan nəticəsində Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində yamaclardan gələn yağış suları sel əmələ gətirib.

A.Verdiyev bildirib ki, avqustun 27-si gündüzdən başlayaraq ölkə ərazisində yağmursuz və mülayim hava şəraiti müşahidə olunur: “Hazırda yağmursuz və mülayim hava şəraiti davam edir. Avqustun 28-də ölkə ərazisində mülayim və əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər