Bu gün Abşeron, Xəzər və Qazax rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:00-dan Abşeron rayonu, Hökməli qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi və siyirtmələrin əvəzlənməsi, “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərində görüləcək təmir işləri və saat 10:00-dan “Əskipara-Qazax qolu” magistral qaz kəməri üzərində qaz tənzimləyici qurğunun quraşdırılması, siyirtmələrin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri aparılan müddətdə Abşeron rayonunun Hökməli qəsəbəsinin (tam olaraq), Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin (bir hissəsinin) və Qazax rayonunun (bir hissəsinin) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.