14 İyun 2016 16:29
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun mətbuat xidməti AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı Xatirə Quliyevanın Kanal 13 internet televiziyasına verdiyi müsahibə haqqında institut direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun cavabını yayımlayıb.

Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilovun Teleqraf.com-a göndərdiyi açıqlamanı təqdim edirik:

“Mənə Həsən bəy Zərdabinin qızının qəbri ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyindən və ayrı-ayrı şəxslər tərəfindən heç bir müraciət olmayıb. Xatirə Quliyeva adlı xanıma gəldikdə, bu xanımın mənə “Maarifçilik dövrü Azərbaycan ədəbi-ictimai fikrində milli-mənəvi əsasların fəlsəfi-etik dərki (XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasının avtoreferatına rəy verilməsi barədə müraciət etməsi yadımdadır. Həmin xanımın avtoreferatına isə mən 2 səhifəlik müsbət rəy vermişəm. Göstərilən xanımın mənə qarşı növbəti böhtan kampaniyasına qoşulmasına təəccüb etmirəm, çünki yaxşılıq etdiyim adamlardan pislik görməyə vərdiş etmişəm. X.Quliyevaya isə növbəti dəfə də yaxşılıq etməyə hazıram!!!”

Teleqraf.com ittihamların səsləndiyi videonu təqdim edir:

Bəkir


Müəllif:

Oxşar xəbərlər