Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - bu, sizin üçün çox yorucu olacaq. Üstəlik söhbət və müzakirələrdən praktik işlərə keçmək dərhal alınmır. Nəticədə gün çox mənasız olur. Gün yaradıcılıq məşğuliyyəti, eləcə də iş və təhsil üçün münasibdir. Fiziki əmək isə arzuolunan deyil.
Buğa - bu gün dünəndən prinsipial şəkildə fərqlənəcək. Özü də təəssüf ki, yaxşı tərəfə yox. Alın təri ilə işləməli olsanız da, nəticələr çox xırda olacaq. Rəhbərlik tənqidə köklənib, xırda səhvə görə sizi çox sərt cəza gözləyir.
Əkizlər - yaxınlarınızla yola getmək çətin olacaq. Həyat potensialının aşağı olması da vəziyyəti gərginləşdirir. Xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Yuxusuzluq ehtimalı da yüksəkdir.
Xərçəng - sizə karyera yüksəlişində yardım edəcək adamla görüş gözlənilir. Sizdən çox az şey - xoş təəssürat yaratmaq tələb olunur. Yaranan problemləri təkbaşına yoluna qoymalı olmayacaqsınız. Bu gün köməkçi və müttəfiqləriniz çox olacaq.
Şir - iş sahəsində ciddi problemlərin yaranacağı əlverişsiz gündür. Əvvəllər yaranmış münaqişələr kəskinləşəcək və heç kim onu sakitləşdirməyə cəhd göstərməyəcək.
Qız - bu gün çoxları başqalarının hərkətlərinin səbəb və motivləri ilə maraqlanmadan baltanı kökündən vuracaq. Əhəmiyyətsiz fikir ayrılıqları ciddi nəticələr verə bilər. Məsələn, höcət işçinin işdən çıxarılması və ya həddindən artıq inadcıl iş müttəfiqi ilə əlaqələrin birdəfəlik kəsilməsi kimi.
Tərəzi - əhval-ruhiyyəni yüksəltməyin sadə yolu bir qədər az küsəyənlik və bir qədər artıq yumor hissidir. Səhhətinizdə bağlı prblemlər mümkündür. Tərəzilər xəstəlikləırə həmişəkindən daha çox meyllidirlər. Bu səbəbdən də özünüzə xüsusi diqqətlə yanaşmalısınız.
Əqrəb - gün problem və sınaqlarla zəngindir. Baş verənləri aydınlaşdırmaq üçün diqqəti cəm etmək lazımdır. Amma məsələ burasındadır ki, diqqətinizi yayındıracaq və sizi narahat edəcəklər. Arzu etmədiyiniz məsləhətlərdən canınızı qurtarmaq və ya yersiz xahişlərdən xilas olmaq üçün bəzən özünüzü kifayət qədər sərt aparmalı olacaqsınız.
Oxatan - günün emosional fonu əlverişlidir. Bundan köhnə əlaqələri bərpa etmək, son vaxtlar dil tapa bilmədiyiniz adamlarla münasibət qurmaq üçün istifadə edə bilərsiniz.
Oğlaq - bu gün maraqlı imkanlar açacaq. Amma təəssüf ki, onların hamısından yararlanmaq mümkün olmayacaq. Nəinki tez, həm də düşünülmüş hərəkət etmək lazımdır ki, heç bir səy hədər getməsin. Sadəlövhlüyü unudun və uğura bel bağlamayın. Yalnız işə ciddi münasibət və hər addımınızda məsuliyyət uğura apara bilər.
Dolça - bu gün güclülərlə münasibətlərin pozulması təhlükəsi var. Rəhbər Dolçalara işçilərindən hansısa ürəyində kin saxlaya bilər. Təəssüf ki, evdə də vəziyyət yaxşılığa doğru dəyişməyəcək. Münaqişələr və incikliklər çox olacaq. Digər tərəfdən, belə problemlər bu gün nə qədər çox olsa, sabah bir o qədər az olacaq.
Balıqlar - bu gün çətin ki Balıqların zövqüncə olsun. Bürcün nümayəndələri özlərini yaxşı tərəfdən göstərmək imkanı əldə edə bilməyəcək və buna görə əməlli-başlı məyus olacaqlar. Bundan başqa, onlar tənqidə çox kəskin reaksiya verir və nəticədə həm işgüzar, həm də şəxsi əlaqələrə ciddi ziyan dəyir.