“Məni Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişdilər. İndicə oradan qayıtdım. Mənimlə nəzakətlə davrandılar. Dedilər ki, ölkədən getməyimlə bağlı qadağa olub, amma yanlışlıqdan zamanında götürülməyib”.
Teleqraf.com xəbər verir ki, bunu REAL İdarə Heyətinin üzvü Erkin Qədirli deyib. O, bildirib ki, REAL-ın flayerlərilə bağlı Altay Göyüşova, Natiq Cəfərliyə, Azər Qasımlıya, Xalid Bağırova və onun özünə qadağa qoyulubmuş: “Mənimlə görüşən Cinayət Axtarışı Şöbəsinin rəisi dedi ki, rəhbərliyin tapşırığıyla anlaşılmazlığa görə üzr istənilir və hamımızın üzərindən ölkədən getməklə bağlı qadağa götürülür. Batmış biletə görə dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi”.
Xatırladaq ki, Erkin Qədirli bu gün səhər Türkiyəyə istirahətə gedirmiş. Lakin hava limanında ona deyiblər ki, ölkədən çıxışına qadağa qoyulub.
Nemət