20 İyun 2016 12:33
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Nobel sülh mükafatı laureatı, professor Məhəmməd Yunusla görüş olub.

Teleqraf.com xəbər verir ki, görüşdə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hər bir ölkədə iqtisadi inkişafın səmərəliliyinin cəmiyyətin sosial rifah səviyyəsinə, cəmiyyət üzvlərinin sosial ehtiyaclarının ödənilməsinə təsiri baxımından müəyyən edildiyini bildirib.

Görüşdə nazir aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, dövlətin maliyyə dəstəyi ilə işsiz vətəndaşların özünüməşğulluğunun təşkili yönündə aparılan işləri diqqətə çatdırıb. Səlim Müslümov bu işlərin aztəminatlı ailələrin kiçik ailə təsərrüfatlarını, biznes sahələrini formalaşdırmalarına imkan yaradacağını bildirib.


Məhəmməd Yunus Azərbaycanda sosial-iqtisadi inkişaf proseslərində sosial amilin daim diqqətdə saxlanılmasının, biznes mühitində sosial məsuliyyətin güclənməsi yönündə müsbət meyllərin təqdirəlayiq olduğunu vurğulayıb.

O, sosial biznesi ümumi inkişaf üçün əsas şərtlərdən biri kimi xarakterizə edib. Daha sonra Məhəmməd Yunusin “Sosial Biznes-İnkişaf üçün əsas yol” mövzusunda fikirləri dinlənilib, mövzu ilə bağlı qarşılıqlı müzakirələr aparılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər