Musiqili Teatr Şamaxı rayonuna qastrol səfərinə hazırlaşır.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, səfər 22 iyun tarixində baş tutacaq. Teatr həmin gün Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası ilə çıxış edəcək.
Tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərovdur. Rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva ifa edirlər.
Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Dövlət Musiqili Teatrı bir-birindən maraqlı tamaşalarla Masallı və Xaçmaz rayonlarında da çıxış edib.
Nərmin