Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına iyun ayının 27-dən start verilir.
Bəstəkarlar İttifaqından Teleqraf.com-a verilən məlumata görə, festivalda iştirak etmək üçün müxtəlif ölkələrdən, o cümlədən, Türkiyə, İran, Yaponiya, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistandan ifaçılar dəvət olunub.
Açılış günündə Şəki Yay Teatrının möhtəşəm zalında TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti təqdim olunacaq.
Festival günlərində Şəki Musiqi Kollecində musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı keçiriləcək.
Festival iyulun 1-nə kimi davam edəcək.
Nərmin