24 İyun 2016 18:14
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında Bakı Bulvarında təşkil edilən açıq havada rəqs məkanı yenidən fəaliyyətə başlayır.

Nazirlikdən Teleqraf.com-a verilən məlumatda belə deyilir.

Rəqslərin 25 iyun tarixindən etibarən hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə gec saatlarınadək davam etməsi nəzərdə tutulur.

Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.

Rəqslər “Formula 1” Qran Pri yarışı ilə əlaqədar bir müddət keçirilməmişdi.

Nərmin


Müəllif:

Oxşar xəbərlər