“Təmiz Dünya” Qadınlara Yardım ictiami Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi layihəsi çərçivəsində insan alveri qurbanları və potensial qurbanların sığınacaqla təmin edilməsi, sığınacaqda qaldığı reabilitasiya müddətində kiçik sahibkarlıq fəaliyyətinə stimullaşdırılması mövzusunda növbəti seminarını keçirmişdir. Seminarda 32 nəfər iştirak etmişdir.
Seminarda, “Biznesini qur-Lider ol”, “Biznes necə yaranır”, “Biznesdə əsas məqsəd", “Biznes qurulmasına ilkin addımlar”, “Biznes planının hazırlanması”, “Marketinq planı” mövzuları müzakirə edilmişdir. Layihə çərçivəsində altı seminarın keçirilməsi nəzərdə tutulub. Tədbirdə mövzu üzrə ekspertlər Nəzakət Balabəyova və İqtisad universitetinin dosenti Xankişi Xankişiyev çıxış etmişlər. Tədbir “Təmiz Dünya” Qadınalara Yardım İctimai Briliyinin ofisində keçirilmişdir.
Tədbirin təşkilatçıları qadınların insan alveri qurbanı olmaması və məişət zorakılığı qurbanı olmaması üçün iqtisadi cəhətdən azad olmalarının zəruriliyini xüsusi vurğulayaraq hər bir qadının kiçik sahibkarlıq fəaliyyəti qura biləcəyinin mümkünlüyündən danışaraq , bunun üçün lazım olan məlumatları növbəti seminarlarda da tədbir iştirakçılarının diqqətinə çatdıracaqlarını bildirdilər. İştirakçılara layihə çərçivəsində hazırlanmış “Labirintdən çıxış.... İnsan alverinin qarşısını birgə alaq” mövzusunda bukletlər paylanmışdır.
Layihə çərçivəsində nəzərdə tutulan iki sosial çarxlardan biri artıq “Labirintdən çıxış – uşaq istismarı insan alveridir” artıq hazırlanmış və youtubda yerləşdirilərək sosial şəbəkələrdə yayımlanmışdır.
Layihə insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün nəzərdə tutulan Milli Fəaliyyət Planına dəstək məqsədi daşıyır.