30 İyun 2016 00:33
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ünsiyyət zamanı diqqətli olun. Bu günü, yaxşı olar ki, təklikdə keçirəsiniz. Belədə, daha yaxşı fikirləşəcəksiniz. Bu sizə vacibdir, çünki düşünüləsi çox probleminiz var. Ağlınıza gələn hətta ən qeyri-adi ideyalar diqqətəlayiqdir. Tamamilə yeni bir kəşf edə bilərsiniz.

Buğa - gün qeyri-formal şəraitdə ünsiyyət üçün daha münasibdir. Dostlarla, yaxud romantik görüş xeyrinizə olacaq. Qadınlarla birlikdə gəzintiyə də çıxa bilərsiniz, onlar sizin kefinizi açacaqlar.

Əkizlər - bu gün daxili harmoniya, mənəvi rahatlıq hiss edəcəksiniz. Ətraf aləmə başqa gözlərlə baxır, əvvəllər nəzərinizdən yayınan hər şeyi görürsünüz. Hətta xoşunuza gəlməyən insanlarda da bu gün nə isə yaxşı bir keyfiyyət aşkarlayırsınız. Ağır görünən situasiya isə başqa tərəfdən baxanda o qədər də üzücü deyil.

Xərçəng - işgüzar aktivliyiniz yüksəkdir. İş və karyera ilə bağlı vacib suallarınıza cavab tapacaq, planlarınıza düzgün dəyişikliklər edə biləcəksiniz. Nəinki şəraitə uyğunlaşır, hətta ondan öz maraqlarınız naminə istifadə edə bilirsiniz. Düzdür, arada rəhbərliklə münasibətləriniz korlanır, bunun səbəbi isə sizin sərt sözləriniz, tənqidiniz və bəzən nəzakətsizliyinizdir.

Şir - çox uğurlu gündür. Hadisələr gözlənilməyən tərzdə inkişaf edəcək. Amma siz şəraitdən tez baş çıxaracaqsınız. Ətrafınızdakıları əla anlayır, kimdən nə gözləməyi yaxşı bilirsiniz. Sövdələşmə və sənədlərin imzalanması zamanı, demək olar ki, heç bir səhvə yol verməyəcəksiniz.

Qız - təhsil, elmi və tədqiqat işləri üçün əla gündür. Sizinçün tamamilə yeni olan bir layihənin gerçəkləşdirilməsinə başlaya bilərsiniz. Sizə kömək etmək istəyən, dəstəkləyən insanlar tez tapılacaq. Yeni maraqlarınız yaranacaq və yaxınlarınız da bu işdə sizə dəstək olacaqlar.

Tərəzi - şəxsi cəbhədə vəziyyət heç də pis deyil. Amma yaxşı olar ki, burada heç bir təşəbbüs göstərməyəsiniz. Çünki bu gün ətrafınızdakıların hitsslərinə qarşı o qədər də diqqətli deyilsiniz.

Əqrəb - qadınların dəstəyi bu gün çox yerinə düşər. Məhz onlar sizi əla anlayır, sizə mənəvi dəstək verirlər. Teatra, konsertə, rəsm sərgisinə gedə bilərsiniz. İdmanla məşğul olmaq məsləhət deyil

Oxatan - yaxşı olar ki, bu günü sakitlikdə keçirəsiniz, stresli şəraitlərdən qaçın, əsəb sisteminizi yükləməyin. Gününüzü planlaşdırarkən bu məqamları mütləq nəzərə alın: əgər hər dəqiqə tələssəniz, tamamilə lazım olmayan məqamda "partlaya" bilərsiniz. Dincəlmək və güc toplamaq üçün özünüzə vaxt ayırın.

Oğlaq - vəziyyət kökündən dəyişir. Bu vaxt gələcək üçün planlar qura, gününüzün yekunlarını analiz edə bilərsiniz. Həm özünüzün, həm ətrafınızdakıların hərəkətlərini düzgün qiymətləndirir, nə onların günahını öz üzərinizə götürür, nə də məsuliyyəti başqalarının üstünə atırsınız.

Dolça - bu gün dünənkindən yaxşıdır, amma o qədər də parlaq deyil. Emosional fon gərgindir, əhvalınız dəqiqəbədəqiqə dəyişir, heç özünüz də bilmirsiniz, nəyə sevinir, nəyə kədərlənirsiniz. Günorta ünsiyyət üçün ən çətin vaxtdır, özünüzdən baş açmadığınız üçün də ətrafınızdakılarla mübahisələr edirsiniz.

Balıqlar - gün yarısı münasibətlərin yaxşılaşdırılması, şəxsi problemlərin həlli üçün daha yaxşıdır. Yaxınlarınızı əla başa düşür, sizə əziz olanları sevindirmək üçün imkan tapırsınız. Alış-veriş, yaxud birlikdə hədiyyə hazırlamaq üçün əla vaxtdır.


Müəllif:

Oxşar xəbərlər