Təxminən bir saat əvvəl Qəbələdə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:53:36-da Qəbələdən 10 km şərqdə qeydə alınıb.
Zəlzələ 3 bal gücündə hiss olunub.
Bu gün Respublika Seysmoloji Xidmət Mərkəzi Xəzər dənizində yerli vaxtla saat 06:49:34-də 3 bal gücündə zəlzələ baş verdiyi haqda da məlumat yayıb.