1 İyul 2016 09:59
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şami adı ilə tanınan məşhur güney azərbaycanlı şair Mahmud Sadiqpur 68 yaşında vəfat edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 1948-ci ildə Güney Azərbaycanın Urmiya şəhərində dünyaya göz açan M.Sadiqpur uzun illər türk dili və ədəbiyyatına xidmət edib. Şairin ölümünə səbəb kimi uzun sürən xəstəlik göstərilib.

Ustad Şamidən “Təbiətin qoynunda” və “Daşlı yol” kimi qiymətli əsərlər və daha yüzlərlə beyt şeir yadigar qalıb. Onun “Türk qəhrəmanları” adlı məşhur şeiri aşıq Əsgər Said və Araz Elsəs tərəfindən ozan havası kimi ifa olunub.

Rejim şairin millətçilik və vətənpərvərlik zəminində yazdığı əsərlərin nəşrinə icazə vermədiyi üçün, onun 8 cilddən çox kitabı işıq üzü görməyib.

Elvin


Müəllif:

Oxşar xəbərlər