Tanınmış şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu bu gün əməliyyat olunub.
Teleqraf.com-a ailəsindən verilən məlumata görə, şair hazırda Mərkəzi Dənizçilər Xəstəxanasında reanimasiya şöbəsindədir: “Çoxdandır öd kisəsindəki ağrılardan əziyyət çəkirdi. Son günlərsə özünü heç yaxşı hiss etmirdi. Üstəlik, Xəzər televiziyasının çəkilişiylə bağlı rayona getmişdi. Orda soyuqladı deyə ağrıları lap artdı. Ona görə bu gün həkimlər əməliyyat eləməyə məcbur oldular”.
Ailəsindən onu da bildirdilər ki, əməliyyat yaxşı keçib və şair özünü yaxşı hiss edir: “Vəziyyəti yaxşıdır, özünə gəlib. Bir neçə saatdan palataya köçürəcəklər”.
Rəqsanə