3 İyul 2016 00:17
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - işgüzar aktivliyiniz yüksəkdir, işdə xeyli uğur qazana bilərsiniz. Sizin üçün çox vacib olan bir məsələdə ciddi irəliləyiş mümkündür. Həm özünüz məhsuldar işləyir, həm də başqalarının işlərinə uğurla rəhbərlik edirsiniz. İşlə bağlı danışıqlar əla keçir, əcnəbi ortaqlarla asanlıqla ümumi dil tapa bilirsiniz.

Buğa - ünsiyyət üçün əla gündür, həm yaxınlarınız, həm də yeni tanışlarınızla yaxşı anlaşırsınız. Sevgilinizlə miünasibətlərinizə kölgə salan xırda anlaşılmazlıqlar da artıq geridə qalıb, həyatın dadını çıxarın.

Əkizlər - yaradıcı işlə məşğul olan Balıqların çoxlu gözəl ideyaları yaranır. Onlar nəinki nə isə dahi bir şey fikirləşib tapa, eyni zamanda onu həyata keçirə bilərlər. Təklikdə çalışmaq məcburiyyəti olmayacaq: tərəfdaş və həmfikirlərin sayı çoxdur. Maraqlı təkliflər almanız mümkündür, bir çox Balıqların daha maraqlı iş tapmaq şansları var.

Xərçəng - məqsədyönlülük, inadcıllıq sizə istənilən işdə uğur vəd edir. Hətta möhtəşəm qələbənizlə şoka saldığınız rəqibləriniz də sizə qarşı kin hiss etmirlər: demək olar ki, hamının bu gün xoşuna gəlirsiniz.

Şir - bütün həmfikirləri və potensial tərəfdaşları bir yerə toplayaraq yeni bir layihəyə başlamaq üçün tam zamanıdır. Müştərək iş çox səmərəlidir, qüvvələrin birləşdirilməsi əla nəticələrə nail olmağa imkan verir. Çətinliklərdən qorxmaq lazım deyil - bunların öhdəsindən asanlıqla gəlmək olar, həmçinin bunlar insanları çaşdırmır və bir-birinə daha çox bağlayır. İşdə məhəbbət macərasının başlanması ehtimalı da yüksəkdir.

Qız - tənbəllər və avaralanmağı xoşlayanlar öz işlərində olsalar da, heç olmasa, irəliləməkdə başqalarına mane olmurlar. Bir çoxları bu gün özlərini daha nəzakətli və alicənabcasına aparır və bundan zövq alırlar.

Tərəzi - gün maraqlı və xoş xəbərlərlə başlayacaq. Onların sayəsində bir sıra vacib məsələləri həll edə biləcəksiniz. Ümumilikdə götürəndə hadisələrin inkişafı qənaətbəxşdir, yalnız bir məqam narahat edir: tez hərəkət etmək lazım gəlir, tələsərək bəzi detalları nəzərdən qaçıra bilərsiniz. Öz üzərinizə məsuliyyət götürərək başqalarının hərəkətlərinə cavabdehlik daşımalı olacaqsınız.

Əqrəb - cəsur və riskli ideyanız həddən artıq uğurlu alınır. Sizə bir zamanlar fantastik görünən bir planı reallaşdıra bilərsiniz. Rəqibləriniz paxıllıqdan çatlayır, tərəfdaşlarınız isə həvəslə sizin liderliyiniz altında çalışırlar. Müvəffəqiyyət başınızı azacıq gicəlləndirsə də, bundan sonranı düşünməyi də unutmursunuz.

Oxatan - yeni, daha yüksək və layiqli məqsədlər təyin edirsiniz. Özünüzü qalib hesab edirsiniz, bu isə qarşı cinsdə sizə qarşı olan marağı gücləndirir. Sizinlə tanış olmaq, hətta bütün ömrünü ömrünüzə calamaq istəyənlərin sayı getdikcə artır. Ancaq bu gün sağlam düşüncəniz sizi darda qoymur, odur ki, özünüzü düşünülməmiş hərəkətlərdən sığortalanmış hesab edə bilərsiniz.

Oğlaq - bu gün yalnız sevdiyiniz şəxsin dəstəyinə etibar edə bilərsiniz. Öz yarlarını tapmayan Əkizlər bu gün ilk baxışdan, özü də tamamilə onların təbiətinə yad insanlara aşiq olurlar.

Dolça - mürəkkəb bir şərait yaranır: özünüzün iş maraqlarınızla dostlarınızın xahişləri arasında qalırsınız. Mənəvi tarazlığı qoruyub saxlamaq asan deyil - xahiş və istəklər çox, onları yerinə yetirmək çətin, yerinə yetirməmək isə ikiqat çətindir. Öz işlərinizi başqasına həvalə etmək istəyiniz yaxşı sonluqla bitməyəcək, çünki köməkçiləriniz azdır və heç olanlara da bel bağlamaq olmaz.

Balıqlar - alış-verişə çıxa bilərsiniz, özünüzə parlaq rəngdə geyimlər almağa çalışın, tezliklə lazımınız olacaq. Bu gün satın aldığınız, yaxud sizə hədiyyə edilən xırda heykəlcik, yaxud oyuncaq isə həmayilinizə çevrilə bilər.


Müəllif: