3 İyul 2016 16:53
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT PA-nın Tbilisidə keçirilən 25-ci yay sessiyası çərçivəsində tədbirin təşkil olunduğu ərazidə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən sərgi açılıb.

Sərgidə gürcü şərabları, süd, arıçılıq məhsulları, milli geyim formaları, dulusçuluq, toxuculuq və yüngül sənaye malları nümayiş etdirilib. Milli geyimdə olan oğlan və qızlar milli musiqiləri və rəqsləri ifa ediblər.

Sessiya iştirakçıları sərgiyə maraqla baxıb, məhsullardan dadıb və bəzi əşyalar alıblar.

Nazirliyin əməkdaşları bildiriblər ki, bu cür tədbirlər xalqların milli mədəniyyətini, incəsənətini, mətbəxini dünyada tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Sərgidə satılan mallardan əldə olunan aztəminatlı ailələrə, kimsəsizlərə göndəriləcək./Azərtac/


Müəllif:

Oxşar xəbərlər