23 İyun 2014 17:50
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun iyulun 1-də Nazirlər Kabinetində qəbul günüdür.

Bu barədə Teleqraf.com-a Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsi məcburi köçkünlərin nəzərinə çatdırır ki, həmin qəbul Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Qəbula yazılma həmin gün saat 09:00-dan 10:00-dək Yasamal Rayon İcra Hakimiyyətində təşkil ediləcək. Qəbul saat 10:00-dan başlayacaq.


Müəllif: