5 İyul 2016 17:32
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi bəzi mehmanxanalara dərəcə sertifikatları verib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə bəzi mehmanxanaların təsnifatı aparılıb. Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu mehmanxanalara baxış keçirir və ulduz dərəcələri müəyyən olunur.

Cari ilin iyun ayı ərzində Bakı şəhərində 6 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib.

1.“Karvan Palace” mehmanxanası – (4 ulduz);
2.“SunRise Hotel” mehmanxanası – ( 4 ulduz)
3.“Şah Hotel” mehmanxanası - (3 ulduz);
4.“Nizami Street Hotel” mehmanxanası – (3 ulduz);
5.“East Legend Panorama” mehmanxanası – (3 ulduz);
6.“Şəms” mehmanxanası – (3 ulduz).

Hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 106-ya çatıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: