Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində hazırda sıxlıq tam aradan qaldırılıb.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən məlumat verilib.
"Üç xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu "Sınıq Körpü" gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və hazırda sıxlıq tam aradan qaldırılıb", - deyə məlumatda bildirilir.