ANS televizyasının gecə növbəsinin redaktoru Şirəli Məmmədov işdən ayrılıb.
Məsələ ilə bağlı “ANS” Şirkətlər Qrupu prezidentinin müşaviri Mayis Məmmədovla əlaqə saxladıq. O Teleqraf.com-a açıqlamasında Şirəli Məmmədovun işdən ayrılmasından xəbərsiz olduğunu qeyd edib: “Xəbərim yoxdur. Məzuniyyətdəyəm. Ona görə heç bir söz deyə bilməyəcəm”.
Şirəli Məmmədov sosial şəbəkədə ANS-də fəaliyətinə son qoyduğunu bildirib: "Avaralığın ikinci ayı. Növbəti mərhələ divanəlikdir".
Qeyd edək ki, Şirəli Məmmədov ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin qohumudur.
Rəqsanə