11 İyul 2016 11:31
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda otellərdə qiymətlərin formalaşdırılmasına dövlət təsir edə bilməz".

Telqraf.com-un məlumatına görə, bunu Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda müsabiqənin qaliblərinin təqdimat mərasimində deyib.

Nazirin sözlərinə görə, dövlət otellərdə qiymət siyasətini müəyyənləşdirmir: "Qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur. Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymət formalaşdırılmasında onlara tövsiyələr verə bilərik”.

Nazir vurğulayıb ki, Azərbaycanda turizm bazarı heç bir monopoliyaya məruz qalmır: “Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir”.

Nazir qeyd edib ki, Azərbaycanda turizmin inkişafı prioritet istiqamətlərdən biridir: “Həm daxili turizm, həm xarici turizm inkişaf etdirilməlidir. Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın”.

Nazir əlavə edib ki, Azərbaycana gələn turistlərin sayının azalmasi Rusiyada olan böhranla əlaqəlidir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər