15 İyul 2016 20:55
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurası, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı Azərbaycan Voleybol Federasiyası və Azərbaycan Çimərlik Voleybolu Assosiasiyasının dəstəyi ilə iyulun 21-də Milli Mətbuat Gününə həsr olunacaq KİV nümayəndələrinin “Çimərlik voleybolu” yarışını keçirəcək.

Yarış Azərbaycan Çimərlik Voleybolu Assosiasiyasının Pirşağı qəsəbəsində yerləşən bazasında baş tutacaq.

İştirak etmək istəyənlər sportsmagazine@mail.ru ünvanına (ad, soyad və iş yerlərini göstərməklə) məktub yaza bilərlər.


Müəllif: