"2007-2016-cı ilin müvafiq dövrünə qədər 15192 nəfər yol qəzasına düşüb".
Teleqraf.com xəbər verir ki, bunu Respublika Təcili Yardım Stansiyasının baş həkıimi Mirələm Cavadov deyib.
O qeyd edib ki, bundan əlavə 13428 nəfər konsultativ xəstələrə tibbi yardım göstərilib: "Təkcə 2016-cı ildə daxil olmuş çağırışların sayı ümumilikdə 659 olub. Bunlardan yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35, baxılmış xəstələrin sayı 712, hospitalizə edilənlərin sayı 12, hadisə yerində ölüm 70, yerində tibbi yardım alanların sayı 37 olub.
103 xidmətinə daxil olmuş konsultativ çağırışların sayı 2016-cı il ərzində 1025, 113 və konsultativ çağırışların sayı 1684, baxılmış konsultativ xəstələrin sayı 1684, baxılmış 113 və konsultativ xəstələrin sayı 2396 olub”.
Baş həkim bildirib ki, hazırda Respublika üzrə 12 regional məntəqə var: “Məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir. Həkimlər mütəmadi olaraq təkmilləşmə kurslarına göndərilir və keçirilən sertifikasiya imtahanlarında yüksək nəticələr əldə edirlər. Təcili yardım məntəqələrinin maddi texniki bazası da müasir və dünya standartlarına uyğun qaydada təşkil edilib. Belə ki, 113 regional məntəqələri bütün lazımi tibbi avadanliqlar, sarğı materialları və dərman preparatları ilə habelə son model "Mercedes" markalı reanimobillərlə təmin olunub. Bu da müraciət edənlərə vaxtında və lazımi qaydada tibbi yardım göstərməyə imkan yaradır".
İlhamə Əbülfət