Bakının Nizami rayonu ərazisində yaşayan 57 yaşlı Marina Nəcmuddinova qidadan qarpız zəhərlənməsi ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Bundan başqa iyulun 24-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Adil Həşimov qarpız zəhərlənməsi ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, azyaşlı ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Teleqraf.com-a açıqlamasında bildirib ki, ölüm hadisəsi ilə bağlı xəstəxana belə bir adam gətirilməyib: “Məlumat daxil olan zaman xəstəxana ilə əlaqə saxladıq, dedilər ki, belə bir xəstə gətirilməyib. “Ümumiyyətlə, bu mövsüm qarpızdan zəhərlənmə qeydə alınmayıb.
Şöbə müdirinin sözlərinə görə, iyun ayında 65 nəfər qidadan zəhərlənib: “Zəhərlənmələrin əksəriyyəti ev şəraitində hazırlanan yeməklərdən baş verib. Keçən ay 26 nəfər insan elə evdə qonaqlıq edən zaman tortdan zəhərlənib”.
İlhamə ƏBÜLFƏT