25 İyul 2016 19:21
1 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

İki qrup üzrə ən yüksək bal, yəni 700 bal toplayan 4 nəfərdən biri Kürdəmir rayon 2 saylı orta məktəbin məzunu Qasımov Təbriz Nazim oğludur. Kürdəmir üzrə ilk dəfədir ki, bu rayonda orta məktəbi bitirmiş gənc ölkə üzrə ən yüksək nəticəni göstərib.

Təbriz Qasımov Lent.az-a açıqlamasında bildirib ki, Bakıdakı ali təhsil müəssisələrindən birini seçəcək. İmtahandan əvvəl Bakı Dövlət Universitetinin Hüquq Fakültəsini seçən Təbriz bu gün açıqlanan nəticələrdən sonra fikrini dəyişib: “Bildiyimə görə BDU-da yeni fakültə açılmalıdır, yaxud da Diplomatiya Akademiyasını seçəcəyəm. Amma hələ ki, tam bilmirəm, 2-3 günə qərar verəcəm”.

700 bal toplamış Təbriz Qasımov onu da bildirib ki, ən yüksək bal toplaması onun üçün bir qədər gözlənilməz olub: “Biz hesablamışdıq ki, 682 bal artıq var. 2-3 test tapşırığı ilə bağlı suallar qalmışdı, dəqiq bilmirdim. Bu gün nəticələr açıqlanandan sonra tam əmin oldum ki, hamısını düz yazmışam”.

Sosial şəbəkələrdən istifadə etmədiyini əlavə edən 17 yaşlı Təbriz deyib ki, imtahanda verilən tapşırığı vaxtından əvvəl yerinə yetirib və sualları iki saat yarıma cavablandırıb.


Müəllif: