26 İyul 2016 12:40
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Aqrar sahə üzrə alt işçi qrupun növbəti toplantısı keçirilib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, toplantıda “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədinin aqrar sahəsi çərçivəsində müzakirələr aparılıb.
Müzakirələrdə strateji baxışın əsas komponentləri kimi rəqabətqabiliyyətlilik, ərzaq təhlükəsizliyi, sosial məsələlər və digər inkişaf aspektləri nəzərdən keçirilib. Eyni zamanda aqrar sahədə əsas strateji prioritetlər barədə fikir mübadiləsi aparılıb. Aqrar sahənin ÜDM-ə və məşğulluğa töhfəsinin artırılması, qeyri-neft ixracında rolunun gücləndirilməsi və regional inkişafına təsirinin artırılması istiqamətində təkliflər verilib.

Müzakirələrdə Prezident Administrasiyasının. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, ayrı-ayrı nazirliklərin, özəl biznes sektorunun və akademik dairələrin nümayəndələri iştirak ediblər.Tədbirdə səsləndirilmiş təkliflər sistemləşdirilərək strateji yol xəritəsi üzrə fəaliyyət göstərən işçi qrupa təqdim ediləcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər