Türkiyə Azərbaycandan xeyli sayda turist gözləyir.
Bunu Azərbaycan KİV nümayəndələri ilə görüşdə Antalya vilayətinin valisi Munir Karaloğlu deyib.
Onun sözlərinə görə, Türkiyəyə kifayət qədər azərbaycanlı turist gəlmir: "2015-ci ildə Antalyaya 35 min azərbaycanlı turist gəlib. Biz Azərbaycanda Antalyadakı istirahəti reklam etməliyik".
Vali qeyd edib ki, Antalyadakı mehmanxanaların sayı İspaniyadakı mehmanxanaların ümumi sayından daha çoxdur: "Antalya turistlər üçün təhlükəsiz yerdir. Ölkədə hərbi çevrilişə cəhd zamanı Antalyada hərbi qiyam olmayıb. Həmin hadisələr zamanı Antalyadakı vətəndaşlar və turistlər xəsarət almayıblar". (Trend)