09:40
İmişli rayonunda baş verən zəlzələ zamanı bəzi evlərdə çatlar əmələ gəlib.
Bu barədə "Report"un Aran bürosu məlumat verir.
Yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb.
Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.
***
Bu gün saat 08:45 radələrində respublikanın mərkəzi aran bölgəsində zəlzələ olub.
Teleqraf..com-un məlumatına görə, zəlzələnin 4 bal gücündən yuxarı olduğu bildirilir. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumatda yeraltı təkanların yerli vaxtla saat 08:46:36-da qeydə alındığı xəbər verilir.. Zəlzələ yaxin ərazilərdə 4 bala kimi hiss olunub.