"Bu gün İmişlidə ard-arda iki zəlzələ qeydə alınıb".
Teleqraf.com-un məlumatına görə, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
O qeyd edib ki, birinci baş verən zəlzələnin maqnitudası 5.6, dərinliyi 28 km, ikinci zəlzələnin maqnitudası 3.9, dərinliyi 22 km olub: “Zəlzələlərdən sonra 3 hiss olunmayan təkan olub və gün ərzində yenidən aftoşokların olması gözlənilir”.
Baş direktor güclü dağıntının gözlənilmədiyini qeyd edib: “Köhnə binlarda çatların əmələ gəlməsi ehtimalı var. Zəlzələnin dərinlikdə olması ciddi dağıntıların qarşısını alıb. Əgər dayazda, məsələn, 6-7 km dərinlikdə olsaydı, onda çoxlu dağıntılar əmələ gələcəkdi. Bu halda zəlzələ ətraf ərazilərdə 7 bala yaxın hiss oluna bilərdi”.