“Bu ilin 9 ayı ərzində ölkənin seysmoloji baxımdan ən aktiv zonaları Şamaxı, İsmayıllı və Xəzər dənizi ərazisidir”.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bugünkü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkə ərazisində hər gün maqnitudası 3 baldan az onlarla zəlzələ qeydə alınır: “Lakin bunların hamısı açıqlanmır. Bir həftə əvvəl Pirqulu ərazisində bir gündə 93 zəif təkan olmuşdu. Bu zəlzələlər enerji boşalmasına xidmət edir. Dünənki zəlzələ yüzlərlə xırda təkanların gücünə bərabər zəlzələ idi. Bəzən seysmoloji cəhətdən zəif sayılan zonada belə təkanlar ola bilir. Bu vaxta qədər aseysmik zona sayılan İmişlidə neçə illərdir belə zəlzələ olmurdu. Düzdür, əvvəllər həmin zonada güclü zəlzələlər baş verib. Lakin son illər aktivlik müşahidə edilmirdi”.
İlhamə ƏBÜLFƏT