Azərbaycan Dövlət Neft Şirkəti SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) bu ilin iyul ayı ərzində 8401 metr qazma işi həyata keçirilib.
SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyul aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 61681 metr qazma işi görülüb ki, bunun da 60464 metri istismara, 1217 metri isə kəşfiyyata aid olub. Bundan əlavə, iyul ayı ərzində qazmadan alınmış 9, ilin əvvəlindən isə 35 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
İlhamə ƏBÜLFƏT