2 Avqust 2016 16:47
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları asteroidlərin əvvəlki kimi dünya üçün təhlükə törətdiyini bildirib və onların məhv edilməsinin yollarını araşdırıblar.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, alimlərin sözlərinə görə, hazırda kosmik qalaktikada, Yer kürəsinin ətrafında çoxlu böyük və kiçikhəcmli asteroid var. Onların hər biri planetimiz üçün müəyyən təhlükə yaradır. Kiçikhəcmli asteroidlərin Yer kürəsi üçün daha çox təhlükəli olduğu bildirilir. Belə ki, həcmcə böyük asteroidləri kiçiklərə nisbətən müəyyən edib istiqamətini dəyişmək mümkündür. Kiçik obyektlərə aid olan qara asteroidlərin təxmini ölçüsü 300 metrdir. Alimlər belə obyektlərin görülməsinin inanılmaz çətin olduğunu bildiriblər. Onların müəyyən olunması şansı 23 faiz və daha az təşkil edir. Bununla əlaqədar ABŞ alimləri “Ölüm Ulduzu”nun yaradılmasını məsləhət görürlər. O, təhlükəli asteroidləri əridərək məhv edəcək. Bu ulduzun başqa kosmik testlərdə də faydalı olacağı bildirilir.


Müəllif:

Oxşar xəbərlər