Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC -nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
Əmanətlərin Sığortalanması Fondundan Teleqraf.com-a verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 561 529 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 199 830 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 65 270 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 123 365 manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 949 994 manatdan artıq kompensasiya ödənilib.
Qeyd edək ki, iyulun 25-də sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.
İlhamə ƏBÜLFƏT