Fuad Həsənovun səhhətində problemlər yaranıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Azərbaycan Demokrat Partiyasının funksioneri Taliyət Əliyev məlumat yayıb.
O, bildirib ki, Həsənovun səhhəti ilə maraqlanıb: “Dostların narahatlığını nəzərə alaraq bildirim ki, dünən Fuad Həsənovu ziyarətə getmişdim. Reanimasiyada olduğuna görə yanına buraxmadılar. Atası Sərxan Həsənov Fuadla görüşəndən sonra bildirdi ki, vəziyyətində irəliləyiş var. Fuad bəyin səhhətindəki yaranmış problemin dəqiq diaqnozu xaricdən gələcək analizin nəticələrindən sonra daha dəqiq bilinəcək. İlkin ehtimallara görə Fuad bəydə beyin qan dövranının pozulması və nevroloji problemlər ortaya çıxıb. Allah şəfasını versin. Ümid edirik ki, tezliklə iş başına qayıdacaq”.
Xatırladaq ki, Fuad Həsənov 2003-cü ilə kimi ADP təşkilat katibinin müavini olub. Daha sonra isə QHT sektorunda çalışır, hazırda “Demokratiyanın Monitoru” adlı QHT-nin rəhbəridir.
Cavid