“Dayanacaqlar hər hansı sərnişin daşıyıcısına görə müəyyən olunmur və ya daşıyıcı şirkətə məxsus deyil”.
Bunu Teleqraf.com-a açıqlamasında “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Priyev deyib.
Onun sözlərinə görə, dayanacaqları “BakuBus” MMC müəyyən etmir: “Dayanacaqlar bütün sərnişin daşıyıcıları üçün eynidir. Bununla bağlı aidiyyəti qurumlar var və onlar dayanacaq üçün yer ayırırlar. Dayanacaqları da onlar müəyyən edir. Ona görə də, “BakuBus”-un dayanacaqlarının digərlərindən uzun olması ifadəsi düzgün deyil”.
Qeyd edək ki, bəzi sərnişinlər “BakuBus” avtobuslarının dayanacaqları arasında məsafənin uzun olmasından şikayətlənirlər.
İlhamə ƏBÜLFƏT