3 Avqust 2016 11:57
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov bir sıra təhsil müəssisələrinin adlarının dəyişdirilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt şəhər fars-ingilis təmayüllü orta internat məktəbi Sumqayıt şəhər internat tipli gimnaziya, Sumqayıt şəhər general M.Əsədov adına tam orta internat məktəbi Sumqayıt şəhəri general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziya, Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziya adlanacaq.

Bundan başqa, Gəncə şəhər sanatoriya tipli internat məktəbi Gəncə şəhər inteqrasiya təlimli internat tipli gimnaziya, Goranboy şəhər R.Ağakişiyev adına ümumi orta internat məktəbi Goranboy şəhər R.Ağakişiyev adına inteqrasiya təlimli internat tipli gimnaziya, Zaqatala şəhər internat məktəbi Zaqatala şəhər inteqrasiya təlimli internat tipli gimnaziya, Salyan şəhər A.Səfərov adına Ümumi orta internat məktəbi Salyan şəhər A.Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziya, Siyəzən şəhər ümumi orta internat məktəbi Siyəzən şəhər inteqrasiya təlimli internat tipli gimnaziya, Balakən rayonu ümumi orta internat məktəbi Balakən rayonu inteqrasiya təlimli internat tipli gimnaziya, Mingəçevir şəhər tam orta internat məktəbi Mingəçevir şəhər inteqrasiya təlimli internat tipli gimnaziya, Neftçala şəhər M. Səfərov adına İnternat məktəbi Neftçala şəhər M.Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziya, Lerik şəhər V.İbrahimov adına tam orta internat məktəbi Lerik şəhər V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziya, Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi Lənkəran şəhər inteqrasiya təlimli internat tipli gimnaziya adlanacaq.

Həmçinin Göyçay şəhər S.Vurğun adına tam orta internat məktəbi Göyçay şəhər S.Vurğun adına inteqrasiya təlimli internat tipli gimnaziya, Tovuz rayonu Qovlar şəhər Qarışıq tipli tam orta internat məktəbi Tovuz rayonu Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziya, Şəki şəhər Qarışıq tipli internat məktəbi Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziya, Bərdə şəhər R.Musayev adına (inklüziv komponentli) günüuzadılmış ümumtəhsil orta məktəbi Bərdə şəhər R.Musayev adına inteqrasiya təlimli internat tipli gimnaziya adlanacaq.

Hüquq şöbəsinə, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə tapşırılıb ki, qeyd olunan müəssisələrin adlarının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi üçün 5 gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilsin.

Adları göstərilən müəssisə rəhbərlərinə müəssisənin yeni adına uyğun Nizamnaməsinin müəyyən olunmuş qaydalar üzrə aidiyyəti dövlət orqanında qeydiyyatdan keçirilməsini, möhür və ştampın hazırlanmasını təmin etməsi barədə tapşırıq verilib.


Müəllif:

Oxşar xəbərlər