4 Avqust 2016 16:07
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ölkəmizdəki səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi Azərbaycan Mətbuat Şurasında olub.

Bu barədə Teleqraf.com-a Azərbaycan Mətbuat Şurasından məlumat verilib.

Azərabycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qonağı salamlayaraq bildirib ki, tarixən qonşu olan hər iki ölkənin əlaqələri indiki kimi geniş və əhatəli olmayıb. Dövlət rəhbələrinin qarşılıqlı səfərlərində, eləcə də nazirliklər, digər rəsmi qurumlar səviyyəsindəki görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutan mühüm sənədlərə imza atılıb.

Ə.Amaşov bütün bunların böyük əhəmiyyət daşıdığına diqqəti çəkərək vurğulayıb ki, istər əməkdaşlığın möhkəmləndirilməsində, istərsə də görülən işlər barədə ölkələrin xalqlarında ictimai təsəvvürlərin formalaşmasında media, jurnalistlər aparıcı qüvvə olaraq qalır. Səfirlik rəsmisi ilə görüşdə də məqsəd bu günədək həmin sahədəki vəziyyətə təhlili nəzər salmaq, daha da inkişafına xidmət edəcək tədbirləri və onların reallaşdırılması yollarını müəyyənləşdirməkdir.

Şura sədri “Azərbaycan Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2016-2018-ci illər üçün mədəniyyət, incəsənət və turizm üzrə Mübadilə Proqramı” layihəsinin də bu işlərin əlaqələnldirilməsi baxımından əhəmiyyətini qeyd edib. Eyni zamanda Xəzəryanı ölkələrin media qurumlarının bir araya gətirilməsində Azərbaycan və İran jurnalistlərinin fəal rol oynama imkanlarından danışıb.

M.Nəcəfli Mətbuat Şurası sədrinin təşəbbüsünü dəstələyərək bildirib ki, bu işə elə İran-Azərbaycan jurnalistlərinin dostluq qrupunun yaradılmasından başlamaq, sonra digər Xəzəryanı ölkələrin də media təmsilçilərini bir araya gətirmək effektiv olardı. O, hər iki ölkənin jurnalistləri arasında qarşılıqlı səfərlərin mövcudluğunu əsas götürərək əlaqələrin inkişafına yönələn bir sıra təkliflərini səsləndirib.

Tərəflər razılığa gəliblər ki, belə səfərlərin davamı jurnalistlərin yaradıcılığına müsbət təsiri, ölkələrin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliği baxımından əhəmiyyət daşıdığından davam etdirilməlidir. Futbol və digər idman növləri üzrə hər iki ölkənin jurnalistlərdən ibarət komandalarının yoldaşlıq görüşlərinin, konfransların və sair tədbirlərin təşkili də məqsədəmüvafiq sayılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər