5 Avqust 2016 14:32
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son illər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb”.

Teleqraf.com-un məlumatına görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, davamlı olaraq pensiya və müavinətlər, büdcədən maliyyələşən təşkilatlarda əməkhaqları artırılır. Onun sözlərinə görə, əhalinin imkansız təbəqələrinə ünvanlı sosial yardımların verilməsi mexanizmləri təkmilləşdirilir.

“Bu da minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Azərbaycan iqtisadiyyatının davamlı şəkildə sürətli inkişafı cəmiyyətin başlıca sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin də azaldılması üçün geniş imkanlar açıb. Əhalinin rifahının yüksəldilməsini şərtləndirən bir amil də verilən sərəncamların, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır.

Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və ölkəmizin bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını bir daha sübut edir”, – deyə M.Quliyev vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər