5 Avqust 2016 14:38
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust 1-dən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 6 350 549 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 6 350 549 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 1 637 959 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 1 067 399 manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 15 406 455 manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər