5 Avqust 2016 14:56
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti 28 May adına NQÇİ-nin istismar etdiyi “Günəşli” yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini başa çatdırmaq üzrədir.

SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, təmir-bərpa işləri çərçivəsində indiyədək özüldəki 30 quyunun quyuağzı avadanlıqları təftiş edilmiş, təhlükəsiz iş şəraiti yaradılıb. Özüldə yararsız hala düşmüş 2600 tona yaxın metal-konstruksiya sökülmüş, 4 modul bərpa edilmiş, hər birinin çəkisi 330 ton olan 2 qülləaltı modul hazırlanaraq dənizdəki yerində quraşdırılıb. Həmin modullar üzərində qülləaltı postament və qüllə quraşdırılmış, quyuların təmir-bərpa işlərinə başlanılıb.

Özüldə yararsız hala düşmüş 2 ədəd kran, Türkiyə istehsalı olan 2 ədəd yeni kranla (qolunun uzunluğu 18,2 m, yükqaldırma qabilliyəti 32 ton) əvəz olunub. Yararsız hala düşmüş 4 yanalma meydaçasından 2-si yenilənmiş, 2-si isə təmir edilib. İstismar modulu ilə yaşayış bloku arasında odadavamlı divar səddi çəkilmiş, yanğınsöndürmə sistemi bərpa edilmiş, işıqlandırma sistemi yenilənib. 4 ədəd 42 nəfərlik xilasetmə qayığı və 1 ədəd 20 nəfərlik xilasetmə salı hazır vəziyyətə gətirilmiş, işçilər zəruri fərdi mühafizə vasitələri ilə təmin olunublar. Helikopter meydançası təmir edilərək hazır vəziyyətə gətirilib.

Məlum olduğu ki, bu günlərdə texnnoloji sistem bərpa edilmiş və ilk quyu-43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Özüldəki daha iki quyunun-340 və 160 nömrəli quyuların əsaslı təmiri davam etdirilir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər