8 Avqust 2016 10:15
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, Salyan-Neftçala marşrutu üzrə hərəkət edən “Ford” markalı mikroavtobusun qarşısına inək çıxıb.

Mikroavtobus idarəetməni itirərək aşıb.

Salyan rayonunda baş verən yol qəzasında yaralananların adları açıqlanıb. “Report” xəbər verir ki, hadisə zamanı Neftçala rayon sakinləri 40 yaşlı Gülbəniz Nadir qızı Ağacanova, 28 yaşlı Taleh Əfqan oğlu Abdullayev, 32 yaşlı İbrahim Məzahir oğlu Cəfərov, 56 yaşlı Rövşən Əhməd oğlu Səlimov, 53 yaşlı Nərminə Həsənqulu qızı Səlimova, 43 yaşlı Zaur Rasim oğlu Məmmədov, 23 yaşlı Şəhla Elxan qızı Kərimova, 24 yaşlı Şəfa Məhərrəm qızı Ağayeva, 62 yaşlı Məlahət Əlixan qızı Şahbazova, Şamaxı rayon sakini 44 yaşlı Davud Tərlan oğlu Məmmədov müxtəlif bədən xasarətləri alıb və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, xəsarət alanların əksəriyyəti ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndəriləcək: “Xəstələrdən birinin vəziyyəti orta ağırdır”.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər