9 Avqust 2016 15:51
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum bu gün Binəqədi rayonunda keçirilib. Forumda 100-dən çox sahibkar iştirak edib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində ölkə üzrə 1542 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 91,5 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4600-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1284 investisiya layihəsinin maliyyələşdirilməsinə 326,4 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 3,2 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, istixana kompleksinin yaradılması, çörək və un məmulatları, plastik məmulatlar istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 170 yeni iş yerinin yaradılmasına imkan verir.

Forum bildirilib ki, son illər tikinti materiallarının istehsalı ilə bağlı yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsinin maliyyələşdirilməsinə 84,4 milyon manat güzəştli kredit verilib. Artıq bu müəssisələrdən 20-i istifadəyə verilib. Bu müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər