9 Avqust 2016 16:37
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2682 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul vermiş, 1205-1187 metr intervaldan sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər