“2015-ci ildə vərəm xəstəliyinə görə 100 min nəfərə 3,8-dir. Hazırda bu xəstəliyə görə qeydiyyatda olan şəxslərin sayı 8 min nəfərdir. 4 mindən bir az artıq isə yeni xəstələrdir”.
Bunu jurnalistlərə açıqlamasında Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova deyib.
Onun sözlərinə görə, ağciyər xəstəlikləri üzrə ölkəmizdə ekonomik vəziyyəti orta səviyyədədir: “Ağciyər xəstəlikləri xüsusilə vərəm ekonomik vəziyyətə bağlıdır. Bu xəstəlik əhali arasında azalır. Vərəmələ xəstələnmə, xəstəlik və ölüm statistikasında azalma var. Xəstələnmə 100 min əhalidə 2011 ci ildə 55 nəfər idisə hazırda bu rəqəm 40-a yaxındır. Vərəmə yoluxma üçün ən aktiv inkişaf 20 -40 yaş dövrüdür ki, insanlar bu yaş dövründə bu xəstəliyə yoluxurlar”.
Direktor müavini vərəm xəstləiyinin hansı regionlar üzrə daha çox müşahidə olduğunu açıqlayıb: “Şimal və cənub rayonlarımızda vərəm xəstəliyi Bakı və mərkəz rayonlara nisbətən çoxdur. Qeyd edim ki, bütün rayonlarda eyni iş aparılır”.
İradə Axundova bildirib ki, vərəm uşaqlar arasında da müşahidə edilir: “Bu çox cüzi rəqəmirdir. 2011-ci ildə 100 min nəfərə 20 xəstə düşürdüsə, 2015-ci ildə bu rəqəm 14,3 faiz olub”.
İlhamə Əbülfət