10 Avqust 2016 17:53
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bu ilin iyul ayında dövlət büdcəsinə 127 milyon 110 min manat vəsait ödənilib.

SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında büdcəyə 788 milyon 852 min manat vəsait ödənilib.

Bundan əlavə, bu ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 74 min manat vəsait köçürüb.

Qeyd edək ki, bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 901 min manat və ya 108,1 faiz çox olub.
2016-cı ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 81 milyon 606 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 649 min manat və ya 100,8 faiz çox olub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər