11 Avqust 2016 16:49
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi tərəfindən həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi layihəsinin icrası başa çatıb.

Birliyin sədri sədri, layihə rəhbəri Aynur Əliyevanın Teleqraf.com-a verdiyi məlumata görə, layihə dövründə Gəncə şəhərində 20 xüsusi qayğıya ehtiyacı olan uşaq üçün intensiv reabilitasiya məşğələləri təşkil edilib, onların valideynlərinə isə psixoloji və sosial-hüquqi reabilitasiya göstərilib.

Həyata keçirilmiş reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş verib. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss edilib, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artıb, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranıb.

Ən əsası isə uşaq və yeniyetmələrdə yaradıcılığa təşəbbüs meylləri güclənib və onlarda əmək yönümlü peşələrə maraq artıb.

Layihənin icrası təşkilatın daxili resursları hesabına davam etdirilir.

Bəkir


Müəllif:

Oxşar xəbərlər