12 Avqust 2016 16:42
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ərizə və şikayətlərin araşdırılmasında şəffaflığın təmin olunmasına dair əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan ərizə və şikayətlərin araşdırılmasında vətəndaşların özləri iştirak etsələr də, son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən bir sıra hallarda görülən işlərin yekun nəticələri təhrif olunur və sosial şəbəkələrdə qeyri-dəqiq məlumatlar yayılır.

Bu isə ictimaiyyət arasında ekologiya və ətraf mühitin qorunması sahəsində aparılan işlərə kölgə salaraq yanlış fikirlərin formalaşmasına gətirib çıxarır.

Bununla əlaqədar, ətraf mühitin mühafizəsi sahəsində görülən işlərin davamlılığını təmin etmək, ekoloji qanunvericiliyin pozulması barədə daxil olan ərizə və şikayətlərin araşdırılmasında müraciət edənlərin iştirakına şərait yaratmaq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma prosesinin şəffaflığının gözlənilməsi məqsədi ilə nazir əmr imzalayıb.

Nazirliyin aidiyyəti qurumlarına tapşırılıb ki, fəaliyyət istiqamətlərinə uyğun olaraq ekoloji qanunvericiliyin pozulması barədə vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılmasında müraciət edənlərin iştirakının təmin olunması üçün qanuni tədbirlər görülsün.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər