13 Avqust 2016 22:11
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin səkkiz ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

Teleqraf.com Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, bu il doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. İlin əvvəlindən 1841 uşağa Yusif adı verilib. Statistikaya əsasən, oğlan adlarında sonrakı yerləri Hüseyn (1300), Əli (1220), Ömər (978), Məhəmməd (756), Tunar (745), Murad (734), Ayxan (698), Uğur (677), İbrahim (497) tutur.

Bu ilin səkkiz ayı ərzində qız uşaqlarına ən çox Zəhra adı verilib (1611 dəfə). Sonrakı yerlərdə isə Nuray (1249), Fatimə (1051), Zeynəb (1018), Aylin (952), Məryəm (871), Ayan (768), Mələk (756), Mədinə (597), Səmadır (592).

Qeyd edək ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsi də yer alır. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın mənası, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı (www.exidmet.justice.gov.az) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.


Müəllif:

Oxşar xəbərlər