Naməlum şəxslər Hindistanın şimalındakı Cammu və Kəşmir əyalətində bazarda partlayış törədib. Onlar bazarın əhalinin sıx olan hissəsinə bomba atıblar.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, hadisə nəticəsində azı 11 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır.
Qeyd edək ki, ölkənin Cammu və Kəşmir əyalətlərində bir aydır ki vəziyyət gərgin olaraq qalır. Buna səbəb iyulun 8-də təhlükəsizlik qüvvələrinin separatçı "Hizb-ul-Mucahiddin" qruplaşmasının liderlərindən biri olan Müzəffər Burhan Vanini qətlə yetirməsidir. Bundan sonra bölgədə qarşıdurma yaranıb. Polislə toqquşmalar nəticəsində 59 mülki şəxs və iki polis həlak olub.
Nihad